İdman

Premyer Liqa: “Turan Tovuz” “Qəbələ”ni məğlub edib

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisinin qollarını 43-cü dəqiqədə Aleks Souza və 53-cü dəqiqədə Ayxan Hüseynov vurublar. Qonaqların heyətində isə 77-ci dəqiqədə Bilel Auaşeriya fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Turan Tovuz” 6-cı pilləyə yüksəlib. 15 xalla qalan “qırmızı-qaralar” isə sonuncudurlar.

Qeyd edək ki, bu gün “Zirə” – “Sumqayıt” və “Araz-Naxçıvan” – “Neftçi” matçları da keçiriləcək. Turun əvvəlki görüşlərində “Səbail” “Kəpəz”ə qalib gəlib (4:1), “Qarabağ” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 3:3.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir