MARAQLI

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

Sharing is caring!


İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar.

Araşdırmanın nəticələri “Annals of Oncology” jurnalında dərc olunub.

Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki, piylənmə, hiperglisemiya və diabet kimi əlaqəli patologiyaların daxil olduğunu bildiriblər.

Araşdırmanın müəllifləri həmçinin qeyd ediblər ki, qəbul edilən alkoqollu içkilərin miqdarının artması və fiziki aktivliyin azalması da bağırsaq xərçənginin yaranmasına səbəb ola bilər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir