MARAQLI

Rusiyada qeyri-adi oğurluq – VİDEO

Sharing is caring!


Rusiyanın Sankt-Peterburq şəhərində qeyri-adi oğurluq hadisəsi baş verib. Oğru mağazadan qadın geyimlərini oğurlamağa çalışarkən yanğın törədib.

Bununla bağlı sosial şəbəkələrdə mağazanın təhlükəsizlik kameralarının qeydə aldığı video yayılıb.

Videoda kişinin ticarət mərkəzinə girdiyi görünür. Orada o, qadın geyimləri mağazasını keçir və manekenlərin üzərindəki bir neçə paltarı çıxarmaq qərarına gəlir. Lakin paltarlar iplə bağlı olduğu üçün oğru ipi alışqanla yandırmaq fikrinə düşüb.

Nəticədə manekenlər üzərindəki paltarlarla birlikdə yanmağa başlayıblar. Mağaza işçiləri yanğını özləri söndürə biliblər və yanğın törədən şəxs demək olar ki, dərhal saxlanılıb.

Mənbə: “BAZA” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir