MARAQLI

Yumurta ilə mükəmməl davranışını nümayiş edən “Optimus”un daha bir bacarığı göstərildi – VİDEO

Sharing is caring!


“Tesla”nın insanabənzər robotu “Optimus” köynək qatlamağı öyrənib.

Bu barədə “Tesla” şirkətinin sahibi, amerikalı biznesmen İlon Mask video paylaşıb.

Bildirilir ki, “Optimus”un hazırda göstərilən imkanları, süni intellektindən daha çox onun funksionallığını nümayiş etdirmək üçün əvvəlcədən proqramlaşdırılmış hərəkətlərdir.

Bundan əvvəl şirkətdən bildirilmişdi ki, humanoid robotun ən çətin hissələrindən biri qollarıdır. Onlar əhəmiyyətli yükləri daşımaq üçün kifayət qədər güclü, lakin kövrək obyektləri idarə etmək üçün kifayət qədər dəqiq olmalıdırlar. Bundan əvvəlki videoda “Optimus”un yumurta ilə mükəmməl davranışı nümayiş olunmuşdu.

Şirkət qeyd edib ki, tezliklə robotdan öz istehsalat əməliyyatlarında istifadə etməyə başlamağı planlaşdırır. Humanoid faydalı olduğunu sübut etdikdən sonra “Tesla” onun satışına başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir