MARAQLI

Sığınacağın balaca sakinləri “BUTA” körpələr evi – uşaq bağçasında təlim – tərbiyə prosesində ödənişsiz iştrak edirlər

Sharing is caring!

2011 – ci ildən fəaliyyət göstərən “BUTA” körpələr evi – uşaq bağçası yarandığı ildən Azərbaycan Uşaqlar Birliyinin nəzdnindəki uşaq sığınacağına hər zaman doğma münasibət bəsləyib. Sığınacağın balaca sakinləri “BUTA” körpələr evi – uşaq bağçasında təlim – tərbiyə prosesində ödənişsiz iştrak edirlər.

İllərdir Kəmalə Ağazadəni tanıyıram. Onun necə böyük qəlbə sahib olduğunun yaxından şahidiyəm. Uca Yaradan bu insana böyük insanlıq verib. O, insanlıq ki, bu gün o balalar Kəmalə ananın isti qucağına sığınıb ana qayğısının qoxusunu duyurlar.

08 Yanvar 2024 – cü ildən etibarən uşaq sığınacağının körpə sakinləri Salamzadə Raul, Mahmudova Zəhra, Balacayeva Səidə, Lətifova Zeynəb “BUTA” körpələr evi – uşaq bağçasında ödənişsiz təhsilə başladılar.

Qoy bütün fidanlar sevinc, fərəh, huzur, xöşbəxtlik içində böyüsünlər. Heç bir uşaq valideyn səhvinin acısını çəkməyə məhkum deyil lakin dünyaya gələn körpəni yaşatmağa məhkumdur valideyn.

Heç bir uşağın yolu sığınacağa düşməsin!

Bizim üçün özgə uşağı yoxdur!

Günay Ağamalı

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir