MARAQLI

Dünyanın ən təhlükəsiz 25 aviaşirkəti açıqlandı – FOTO

Sharing is caring!


Dünyanın aparıcı hava yollarının təhlükəsizlik meyarları üzrə qiymətləndirilməsi platforması olan “Airline Ratings” 2024-cü il üçün ən təhlükəsiz 25 hava yolları şirkətinin siyahısını açıqlayıb.

Siyahının hazırlanmasında platforma tərəfindən dünya üzrə 385 müxtəlif aviaşirkətin fəaliyyəti nəzərdən keçirilib.

Siyahı son beş ildə baş vermiş qəzalar, son iki ildə baş vermiş ciddi insidentlər, aviasiya sistemini tənzimləyən orqanlar və aparıcı təşkilatlar tərəfindən aparılan yoxlamalar, dövlət tərəfindən aparılan yoxlamalar, şirkətin fəaliyyət göstərdiyi müddət və ekipaj hazırlığını əhatə edən hərtərəfli təhlilə əsaslanaraq tərtib edilib.

Seçimlər zamanı, həmçinin operativ əməliyyatlar və şirkətin istifadəsində “Airbus A350”, “Boeing 787” və “Boeing 777-9” kimi qabaqcıl yeni təyyarələrin olması da mühüm rol oynayıb.

Əldə edilən nəticələr aşağıdakı kimi olub:  

1 – Yeni Zelandiya Hava Yolları

2 – “Qantas”

3 – “Virgin Australia”

4 – Etihad Hava Yolları

5 – Qətər Hava Yolları

6 – “Emirates”  

7 – “All Nippon Airways”

8 – “Finnair”

9 – “Cathay Pacific Airways”

10 – Alyaska Hava Yolları

11 – SAS

12 – “Korean Air”

13 – Sinqapur Hava Yolları

14 – “EVA Air”

15 – “British Airways”

16 – Türk Hava Yolları

17 – “TAP Air Portugal”

18 – “Lufthansa”/“Swiss Group”

19 – KLM

20 – Yapon Hava Yolları

21 – “Hawaiian Airlines”

22 – Amerika Hava Yolları

23 – “Air France”

24 – “Air Canada Group”

25 – “United Airlines”

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir