MARAQLI

Tramp “fırıldaqçı” Baydeni Milad günü onun qanını qaraltmaqda ittiham edib

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp xələfi Co Baydeni Milad günü onun qanını qaraltmaqda ittiham edib. Səbəb isə Baydenin Ağ Evin keçmiş rəhbərini həbs etmək istəyi olub.

Bu barədə siyasətçi özünün “Truth Social” sosial şəbəkə hesabından bildirib.

O deyib ki, “fırıldaqçı və bacarıqsız” Prezident Baydenə görə, gözəl Milad bayramını keçirmək onun üçün çətinləşib.

Tramp, həmçinin ABŞ prezidentinin siyasi rəqibini həbs etmək məqsədilə bütün qeyri-qanuni imkanlardan istifadə edəcəyini vurğulayıb.

Eks-prezident qeyd edib ki, gələn il Bayden Ədliyyə Departamenti, Federal Təhqiqat Bürosu və prokurorların köməyi ilə seçkilərə əhəmiyyətli müdaxilə edəcək.

Eyni zamanda Tramp gələcəkdə ABŞ-ni yenidən böyük ölkəyə çevirməyə çalışanların, həmçinin ölkəni “dəlilik və məhv olmaqdan” xilas etmək üçün mübarizə aparanların qalib gələcəyinə əminliyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir