MARAQLI

Kainatın ən az öyrənilən planetinin unikal görüntüsü çəkildi – FOTO

Sharing is caring!


NASA-nın “Ceyms Uebb Kosmik Teleskopu” (“James Webb Space Telescope”) Uran planetinin unikal və yeni görüntüsünü yayımlayıb.

Kadrlarda 27 peykin bir çoxu, o cümlədən Ariel, Miranda, Oberon, Titaniya və Umbriel aydın görünür. Yeni təsvirdə planetin şimal qütbündəki mövsümi bulud örtüyü, eləcə də “papağın” ətrafında dolanan tufanlar da düşüb.

Qeyd edək ki, Uran Günəş sistemində ən az öyrənilmiş planetlərdən biri olaraq qalır. Bundan əlavə, planet fırlanma oxunun ekliptika müstəvisinə 98 dərəcə meyl etməsi ilə fərqlənir. Bu Uranın qütblərindən birinin 21 il kölgədə qalmasına gətirir, həmçinin mövsümlərdə kəskin dəyişiklik yaradır.

Mənbə: Charter97.org

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir