MARAQLI

Gəlin toyuna gəlməyənləri 1000 avro cərimələmək qərarına gəldi, Britaniya gündəminə düşdü

Sharing is caring!


İngiltərədən olan bir gəlin qonaqlarla bağlı verdiyi qərarla ölkə gündəminə düşüb. Belə ki, o toyuna vəd verdikləri halda gəlməyən qonaqları 1000 avro cərimələmək qərarına gəlib.

Bildirilir ki, qızın ağlına bu fikir rəfiqəsi tədbirdən bir həftə əvvəl şənliyə qatıla bilməyəcəyini söylədikdən sonra gəlib. Toy sahibləri mərasimdə yeməklər üçün xərclər etmişdi və boş qalan yer – pul itkisi demək idi.

Buna görə də əsəbləşən gəlin dəvəti olan hər kəsi xəbərdar etmək qərarına gəlib.

Addım sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərdən bəziləri bunu ədalətli qərar hesab etsələr də, digərləri gəlini qeyri-etik davranışa görə qınayıblar.

Mənbə: Mirror

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir