MARAQLI

Rusiya plastik torbalardan yanacaq hazırlayıb

Sharing is caring!


Rusiyanın Novosibirsk Dövlət Universitetinin alimləri Yaroslavl Milli Ekologiya Şirkətinin mütəxəssisləri ilə birgə plastik tullantılardan yanacaq yaradıblar.

Bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

“Biz ilk təcrübələrə ümumi və tanınmış sistemlərlə başlamağı təklif etdik. Bu alüminium oksid daşıyıcısında nikel-molibden katalizatorlarıdır”, – deyə universitetin kiçik elmi işçisi Yekaterina Vorobyova bildirib.

Mütəxəssislərin fikrincə, sintetik yanacağın prototipi təkrar emal olunmuş plastik torbalardan əldə edilib. Onlar 600 dərəcəyə qədər temperaturda pirolizə məruz qalıb və tərkibində çoxlu miqdarda çirkləndirici olan karbohidrogen qarışığı əldə edilib. Bundan sonra xammal xüsusi texnologiya ilə emal olunub. Nəticədə alimlər mühərrik yanacağının iyi olan və demək olar ki, tərkibində kükürd olmayan, daxiliyanma mühərriklərində istifadəyə yararlı olan şəffaf maye əldə edə biliblər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir