MARAQLI

Ekoloq evin havasını təmizləyən bitkilərin adlarını AÇIQLADI – FOTO

Sharing is caring!


“Mebel, tikinti materialları və boya örtükləri ətrafa zərərli toksinlər yaya bilərlər, məişət kimyəvi maddələri və toz isə mənzildə havanın keyfiyyətinə təsir göstərir”.

Bu barədə rusiyalı ekoloq Marina Rudova danışıb.

“Formaldehid, benzol, fenol, toluol, trixloretilen, karbon qazı, azot oksidləri, stafilokoklar, göbələklərin sporları və patogen mikroorqanizmlər, his mikrohissəcikləri, yanma məhsulları, toz gənələri, bitki tozcuqları – bütün bu maddələr hər hansı bir evin və ya mənzilin havasında mövcuddur”, – deyə o bildirib.

Mütəxəssis qeyd edib ki, otaq bitkiləri vəziyyəti düzəldə bilər, lakin bunun üçün onlar təkcə karbon qazını udub oksigeni buraxmalı deyil, həm də kimyəvi maddələrlə mübarizə aparmalıdırlar. Belə bitkilərə spatifillum gülü aiddir. O, havanı toksinlərdən təmizləyir və kifdən qurtulmağa kömək edir.

Öz növbəsində “hamedoreya” bambuk palması havanı nəmləndirməyə kömək edəcək. Həmçinin Azalea, daşsarmaşığı, fikus elastika, qızılı epipremnum, diffenbaxiya, xlorofitum, drasena və xrizantema əla ev “filtr”i ola bilər.

Mənbə: aif.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir