MARAQLI

Çin çoxdan gözlənilən atomobilin sınağını keçirdi: Yeni dövr başlayır – VİDEO

Sharing is caring!


Çinin elektrik avtomobil istehsalçısı “XPeng” uçan elektrik avtomobilinin prototipini nümayiş etdirib.

Məlumata görə, ikiyerli “XPeng Voyager X2” saatda 130 kilometrə qədər sürət yığa və yerdən bir kilometr hündürlüyə qalxa bilir.

Aviamobilin çəkisi 560 kiloqramdır, elektrik batareyası ilə işləyir və 35 dəqiqəyə qədər havada qala bilir.

Qeyd edək ki, ABŞ-nin “Alef Aeronautics” şirkəti tam elektrik idman avtomobili hazırlayıb. Şirkət “Model A” üçün dünyada ilk olaraq uçuşa yararlılıq sertifikatı da alıb. Aviamobilin şaquli qalxma və enmə imkanı sayəsində həm yerdə, həm də havada hərəkət edə bilir.

Mənbə: RG.RU

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir