MARAQLI

Çəkiliş zamanı Maskın maşınına dəyən ox parça-parça oldu – VİDEO

Sharing is caring!


“Tesla” şirkətinin elektrik pikapı “Cybertruck” oxla sınanıb. Nəticə məşhur amerikalı aparıcı Co Roganı şoka salıb.

Sınaqlar idman şərhçisinin canlı yayımı zamanı həyata keçirilib. Veriliş zamanı “Tesla”nın baş direktoru İlon Mask aparıcını oxdan istifadə edərək “Cybertruck”ın gövdəsinin möhkəmliyini sınamağa dəvət edib.

Nəticə isə Roqanı heyran qoyub.

“Aman Allahım. Ox, parça-parça olub, ucluq yastılanıb. Bu təsiredicidir”, – deyə o, təəccübünü gizlədə bilməyib.

Xatırladaq ki, “Cybertruck”ın 2019-cu ildə təqdimatı uğursuzluqla nəticələnmişdi. Həmin vaxt dizaynerlərdən biri zirehli maşının pəncərəsinə metal şar atmışdı, bundan sonra pikapın pəncərəsi qırılmışdı.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir