MARAQLI

1972-ci il istehsalı olan bel xüsusi özəlliyinə görə 880 min dollara satdılar – FOTO

Sharing is caring!


Bostonda (ABŞ) “RR Auction” onlayn hərracında təqribən 900 min dollara bel satılıb. Onu digərlərindən fərqləndirən özəlliyi isə Ayda istifadə olunmasıdır.

Məlumata görə, ondan 1972-ci ildə “Apollon 16” missiyasının bir hissəsi olaraq qrunt toplamaq üçün istifadə edilib. Həmin vaxt insanlar Yerin peykinə beşinci dəfə baş çəkmişdilər.

Bel Ay modulunun pilotu olan və Ayın səthində 20 saatdan çox vaxt keçirmiş astronavt Çarli Dyuka məxsus olub. O, üç dəfə açıq kosmosda olub və beldən istifadə edərək 95,8 kiloqram Ay nümunələri toplayıb.

Bel uzun müddət Çarli Dyukdə olub, astronavt aləti heç kimə vermək istəməyib.

Ancaq buna baxmayaraq, bel hərraca çıxarılıb. Alətin ilkin qiyməti 750 000 dollar olub. Hərrac zamanı o, 874 998 dollara (1,5 milyon manat) satılıb. Alıcının kimliyi açıqlanmayıb.

Mənbə: “Xartiya-97%” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir