MARAQLI

Türkiyəli məşhur aparıcı təcili xəstəxanaya yerləşdirilib – FOTO

Sharing is caring!


Türkiyəli məşhur aparıcı, model, aktrisa və aparıcı Çağla Şıkel təcili xəstəxanaya yerləşdirilib. Onda qida zəhərlənməsi müəyyən olunub.

Bu barədə aparıcının özü xəbər verib.

Belə ki, “Yeni bir gün” proqramının yayımlanmaması, əvəzinə serial verilməsi pərəstişkarları arasında narahatlıq doğurub. Bundan sonra aparıcı sosial media hesabından açıqlama verib.

“Yayım olmadığı üçün çox adam narahat qaldı. Şənbə günü yeməkdən zəhərləndim. Həmin gündən müalicə alıram. Maraqlananlara və mənim üçün dua edənlərə təşəkkür edirəm, hamınızı qucaqlayıram”, – deyə bildirib və pərəstişkarlarını narahat olmamağa çağırıb.

O, daha sonra palatadan şəkil paylaşıb.

“Su içmədiyim və yaxşı qidalanmadığım üçün mənə əlavə sistem verildi. Hələ bir az yüksək olan CRZ-ni (C-reaktiv zülal) aşağı salmaq üçün antibiotik istifadə etməyə başladıq”, – deyə o, səhhəti barədə məlumat verib.

Ç.Şikel sabah vəziyyətinin daha yaxşı olacağına inandığını deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir