MARAQLI

Kosmosa Yerdəki təbii fəlakətlərin monitorinqi və xəbərdarlığı üçün peyk göndərildi – VİDEO

Sharing is caring!


Çin “Yaogan-39” adlı Yerin uzaqdan zondlanması peykini uğurla orbitə göndərib.

Bu barədə ÇXR Aerokosmik Elm və Texnologiya Korporasiyası bildirib.

Məlumata görə, “Yaogan-39” peyki günün vaxtından asılı olmayaraq, Yer kürəsinin istənilən yerində yüksək keyfiyyətli şəkillər çəkə biləcək. Ondan geoloji kəşfiyyat, şəhərsalma layihələrində, kənd təsərrüfatı və ətraf mühitlə bağlı ölçmələrdə, həmçinin fəlakət xəbərdarlığında istifadə olunacaq.

O da vurğulanır ki, bu, dördüncü belə kosmik gəminin buraxılışıdır, əvvəlki buraxılışların hamısı uğurlu olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir