MARAQLI

Saxalində 17-ci mərtəbədən yıxılan işçilər sağ qaldılar – VİDEO

Sharing is caring!


Rusiyanın Cənubi Saxalin vilayətində tikinti meydançasında çalışan 3 işçi 17-ci mərtəbədən yıxılıblar.

İlkin məlumata görə, işçilər çalışma zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyiblər.

Onlardan ikisi dördüncü mərtəbədə dayanıb, biri isə yerə düşüb. İşçilərin hamısı ağır yaralanıb, biri huşunu itirib.

Saxalin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilən işçilərdən hazırda iki nəfərin vəziyyəti ağır, birinin vəziyyəti orta qiymətləndirilir.

Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Mənbə: Ujnosahalinsk.bezformata.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir