MARAQLI

Amazon tropik meşələrində itmiş qədim yaşayış məskəni tapıldı

Sharing is caring!


Amazon meşələri, məlum olduğu kimi, qədim insanların həyat izlərini özündə gizləyib saxlayan unikal təbiətə malikdir.

Alimlər sıx meşə örtüyünə nüfuz etmək və insan fəaliyyətinin qədim izlərini aşkar etmək üçün lazer impulslarına əsaslanan ən müasir LIDAR texnologiyasından istifadə ediblər.

Tədqiqatçılar 5315 kvadrat kilometrlik böyük bir ərazini əhatə edən heyrətamiz qədim yaşayış məskəni aşkar edə biliblər. Bu ərazinin yalnız 10%-nin (6,7 milyon kvadrat kilometr) tədqiq edildiyini nəzərə alsaq, bu tapıntı əslində elə də təəccüblü deyil.

Alimlər qeyd edirlər ki, Amazonun cənubunda müdafiə və mərasim tikililəri olan qədim kənd yerləşib. Layihə əsasında böyük diqqətlə qurulmuş divarların qalıqları və yol şəbəkələri bu bölgədə yaşayan qədim cəmiyyətlərin yüksək təşkilati qabiliyyətə malik olduqlarından xəbər verir.

Bu heyrətamiz kəşflər alimlərin Amazon tropik meşələrinin insan fəaliyyəti nəticəsində məhv olmasından narahat olduqları bir vaxta təsadüf edir.

Mənbə: Science Alert

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir