MARAQLI

Rusiyada qadının beynində tapılan iynə vahiməli tendensiyanın üstünü açdı

Sharing is caring!


Rusiyanın Saxalin vilayətində 80 yaşlı qadının beynində üç santimetrlik iynə tapılıb.

Bu barədə Rusiyanın Saxalin vilayəti üzrə Səhiyyə Nazirliyi xəbər verib.

Təqaüdçünün beynində yad cisim kompüter tomoqrafiyası zamanı aşkar edilib. Məlum olub ki, qadın doğulduğu vaxtdan bu iynə ilə yaşayıb və heç vaxt başağrısından əziyyət çəkməyib.

Ehtimal olunur ki, iynəni qadının beyninə doğuşdan sonra öz valideynləri batırıblar. Bununla onlar müharibənin çətin vaxtlarında uşaqdan canlarını qurtarmağa çalışıblar, lakin bu, gözlənilən nəticəyə gətirib çıxarmayıb.

“Aclıq illərində belə hallar nadir deyildi: körpənin əmgək nahiyəsinə beyni zədələyən nazik iynə batırırdılar. Əmgək tez bağlanırdı və nəticədə cinayətin izləri silinirdi”, – deyə regional Səhiyyə Nazirliyində izah ediblər.

İndi təqaüdçünün səhhəti üçün heç bir təhlükə yoxdur. Həkimlər iynəni çıxarmaq üçün əməliyyat keçirməmək qərarına gəliblər, çünki bu, qadının vəziyyətini pisləşdirə bilər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir