MARAQLI

Qadınların ən sevimli gözəllik prosedurunun təhlükələri

Sharing is caring!


Uzun müddət gel lak istifadə etmək dırnaqları köhnəldir. Bu səbəbdən onun dırnaqlarda qalma müddəti üç həftədən çox olmamalıdır.

Bu barədə rusiyalı dermatoveneroloq Svetlana Vorojhbit xəbərdarlıq edib.

Onun sözlərinə görə, gel lakların tərkibində formaldehid, formaldehid qətranları, konservantlar, metakril turşusu və onun törəmələri – metakrilatlar, həmçinin piqmentlər, doldurucular və digər əlavələr ola bilər.

“Bəzi hallarda bu maddələr allergik reaksiya, kontakt dermatit və ekzemaya səbəb ola bilər. Baza, rəng və üst qatlarda olan kimyəvi maddələrlə uzunmüddətli təmas dırnaqları nazikləşdirir. Onlar kövrək olurlar və daha tez-tez qırılırlar. Bundan əlavə, dırnaqlarda təbəqələşmə və ağ ləkələr yarana bilər”, – deyə həkim izah edib.

Mütəxəssis qeyd etdi ki, əgər gel boya kutikula (dırnaq əti) altına tətbiq olunsa bu təhlükəli ola bilər.

“Kutikula və ya ətraf toxumalar zədələndikdə həmin nahiyələrə göbələk və bakterial infeksiyalar nüfuz edə bilər”, – deyə o vurğulayıb.

Həkim eyni zamanda gel lakı çıxarmaq üçün istifadə olunan mayelərin təhlükəsindən danışıb. Bildirilir ki, onların tərkibi aqressiv həlledicilərdən, xüsusən də asetondan ibarətdir. Bu da təkcə örtüyə deyil, həm də dırnaq mayasına və dəriyə təsir edir, onları qurudur, çatlara səbəb olur.

“Dırnaqlarınızı zədələməmək üçün manikür ustasından baza qatını saxlamağı xahiş edə bilərsiniz. Həm də təcrübəli usta seçməyə çalışın”, – deyə həkim sözlərini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir