MARAQLI

Kanadalı kişi 135 çili bibəri yedikdən sonra onun güclü sancıları başlayıb – VİDEO

Sharing is caring!


Kanadalı Maykl Cek 135 çili bibəri yeyib və bununla da özünün daha öncəki dünya rekordunu qırıb.

Maykla 50 Karolina Əzrayılı (Carolina Reaper) sortundan olan bibərləri yemək üçün altı dəqiqə 49,2 saniyə lazım olub. Bu tərəvəz Ginnesin Rekordlar Kitabına dünyanın ən acı bibəri kimi düşüb. Bununla belə, kişi qısa müddət ərzində daha 85 ədəd yeyərək davam edib. Orta hesabla, bir çilini yemək üçün o,  səkkiz saniyə sərf edib.

“Ən qorxulu olan ilk bibərdir. İkinci artıq o dərəcədə acı gəlmir insana, lakin daha sonra hər növbəti bibər daha da acı gəlir”, – deyə Cek bildirib.

Kanadalı acı yeməyə öyrəşsə də, yenə də mədədə diskomfort hissi olduğunu deyib.

“Məndə güclü sancılar başladı. Sanki kimsə bağırsaqlarını sıxaraq, onları çölə çıxarır. Ağıl “dayan” deyir, lakin sən özünü davam etmək lazım olduğuna inandırırsan”, – deyə o, əlavə edib.

Qeyd edək ki, bu Maykl Cekin ilk rekordu deyil. Kişi bir şüşə acı sousu 8,56 saniyə ərzində içərək birinciliyi qazanıb. O, həmçinin bir litr tomat sousunu bir dəqiqə 5,56 saniyə ərzində içərək qalib olub.

Mənbə: The Guardian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir