MARAQLI

Səbəbsiz arıqlama mədəaltı vəzi xərçəngindən xəbər verir

Sharing is caring!


Oksford və Surrey universitetlərinin tədqiqatçıları 40 mindən çox insanın məlumatlarını təhlil etdikləri bir araşdırma aparıblar. Onlar xərçəng əmələ gəlməzdən çox əvvəl yaranan ilk əlamətləri aşkar ediblər.

Nəşrdə qeyd olunan məlumata görə, xəstələr xərçəng, xüsusilə də mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmazdan iki il əvvəl xüsusi səy göstərmədən arıqladığını qeyd ediblər. Bundan əlavə, bəzi insanlarda daha əvvəl şəkərli diabet olmasa belə, xərçəng aşkarlanmazdan əvvəl qanda şəkərin səviyyəsi yüksək olub. Bu mədəaltı vəzinin xərçəngi ilə əlaqədardır.

Mədəaltı vəzi xərçəngi xərçəngin ən aqressiv növlərindən biri hesab olunur və bu xərçəng növü olan xəstələrin beş il ərzində sağ qalma ehtimalı cəmi 5 faiz təşkil edir. Bu xərçəng növünün diaqnozu və müalicəsi çətindir, çünki mədəaltı vəzi bədəndə həzm və insulinin tənzimlənməsi də daxil olmaqla mühüm funksiyaları yerinə yetirir.

Onkoloqlar qeyd edirlər ki, güclü immun sistemi müxtəlif təhlükəli xəstəliklərdən qorunmaqda mühüm rol oynayır. İmmuniteti aşağı salan, xərçəngə səbəb olan və hətta əhvali-ruhiyyəyə təsir edən disbalans mövcuddur.

Elmi araşdırmalar, həmçinin bu disbalans ilə orqanizmin mikrobiotası arasında əlaqə olduğunu göstərir ki, bu da xəstəliklərin 90 faizi ilə əlaqədar ola bilər.

Mənbə: Medzdrav.info

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir