MARAQLI

“X” sosial şəbəkəsi bütün istifadəçilər üçün aylıq ödənişə keçir

Sharing is caring!


“X” sosial şəbəkəsi bütün istifadəçiləri üçün aylıq ödənişə keçir.

Bu barədə sosial şəbəkənin rəhbəri, amerikalı iş adamı İlon Mask İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, ödəniş “böyük bot orduları” ilə mübarizə aparmaq üçündür.

“Biz bunun cüzi miqdarda ödəniş olmasını istəyirik. Fikrimcə, bu, botların böyük ordularına qarşı yeganə müdafiədir. Süni intellekt getdikcə daha çox inkişaf etdir və “kəpçə”, yaxud buna bənzər testləri insanlardan daha yaxşı keçə bilir”, – deyə Mask vurğulayıb.

Qeyd edək ki, “kəpçə” (“captcha”) – kompüterləri və insanları biri-birindən ayırmaq üçün tam avtomatlaşdırılmış açıq türinq testidir və kompüter istifadəçisinin insan, yaxsa kompüter olmasını müəyyənləşdirmək məqsədi daşıyır.

İ.Mask yeniliyin sosial şəbəkə istifadəçilərinə neçəyə başa gələcəyini dəqiqləşdirməyib.

Həmçinin ən aşağı səviyyədə ödənişə başqa hansısa xüsusiyyətlərin daxil olub-olmayacağı da məlum deyil.

Mənbə: Aif.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir