MARAQLI

Okeanın dibində yaşayan heyrətamiz vampir kalmar – VİDEO

Sharing is caring!


Okean planetimizin səthinin çox hissəsini əhatə edir. Ora xeyli sayda heyrətamiz və qəribə canlılarla doludur. Bunlardan biri də qırmızı dərisi, ağ dimdiyi və səkkiz qolu boyunca qarmaqları olan sirli vampir kalmardır.

Əslində o, bir növ dənizin dərin qatlarının qan donduran kabusudur. Onun elmi adını “Vampyroteuthis infernalis” olması isə canlıya əlavə şarm verir – elm adamları ona “cəhənnəmdən gələn vampir kalmar” ləqəbi qoyublar.

Uzun müddətdir ki, elm adamları bu vampir kalmarların nə ilə qidalandıqlarını bilmirdilər və onları təhlükəli dərin dəniz yırtıcıları hesab edirdilər. Daha sonra mütəxəssislər dərin dəniz vampir kalmarının necə qidalandığına dair unikal video çəkə biliblər. Görüntülər kameralarla təchiz olunmuş dərin dəniz robotu vasitəsilə lentə alınıb.

Dərinlikdə yaşayan bütün canlılar kimi, vampir kalmarlar da yırtıcılardan qorunmaq üçün strategiyaya malikdirlər. Bu heyrətamiz canlılar özlərini təhlükə hiss etdikdə “ananas pozası” qəbul edirlər – qollarını yuxarı qaldırırlar və çölə qatlayırlar. Həmin formada qollarındakı qorxunc tikanlar uzaqdan görünür.

Bundan əlavə, onlar öz bədənlərini işıqlandıra bilmələri ilə tanınırlar – hər qolun sonunda onların bioluminesans nöqtəsi var. Tədqiqatçılar hələ də bu “fənərlərin” tam olaraq nə üçün olduğunu dəqiq bilmirlər. Onların yırtıcıları dəf etmək üçün istifadə edə biləcəyi güman edilir.

Vampir kalmarlar həmçinin yırtıcıların diqqətini yayındırmaq və dərinliklərin qaranlığında gizlənmək üçün parlayan selik buludu yaymağa da qadirdirlər.

Mənbə: Fokus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir