MARAQLI

Tarlanın ortasında “dinozavr yumurtaları” görən rusiyalı çaş-baş qaldı – VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə tarlaya ot yığmağa gedərkən qeyri-adi mənzərə ilə üzləşən rusiyalı ilə bağlı görüntülər yayılıb.

Başqırdıstandan olan kadrlar istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Video tarlanın ortasına toplanmış qeyri-aid məhsulun görüntüləri ilə başlayır.

“Dinozavr yumurtası” boydadır. Tarlanın ortasında. İndi biz onları nə edək?” – deyə videonun müəllifi çaşqın səslə deyir.

Müəllifin sözlərinə görə, o, sahəyə ot yığmağa gedibmiş, uzaqdan “dinozavr yumurtaları”nı görüb. Yaxınlaşanda isə bunların nəhəng şampinyon olduğunu anlayıb. Ancaq həyatında ilk dəfə belə göbələk görən kəndli çaş-baş qalıb.

Həmin görüntüləri təqdim edirik.

Mənbə: Vesti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir