MARAQLI

CAR Rusiya-Çin “Elmi Ay stansiyası” layihəsinə qoşuldu

Sharing is caring!


Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Elmi Ay Stansiyasının (BEAS) tikintisi üzrə Rusiya-Çin layihəsinə qoşulub.

Verilən məlumata əsasən Çin və CAR-ın kosmik agentlikləri qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar ki, bu da ölkələr arasında ilk belə saziş olub və “əslində pretoriyanın birgə Rusiya-Çin layihəsinə qoşulması deməkdir. Tərəflər stansiyada mühəndislik layihələrinin həyata keçirilməsi, həmçinin onun istismarı, həmçinin elmi kadrların hazırlanması sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Cənubi Afrika və Çin arasında kosmik tədqiqatlar sahəsində daha fəal kooperasiya üçün əsas BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) çərçivəsində əldə edilmiş təcrübə olacaq, çünki ölkələr daha əvvəl kosmik fəaliyyətlə bağlı məlumat mübadiləsi aparıblar.

Kosmik sektorda birgə layihələr “Bir kəmər – bir yol” təşəbbüsünün mühüm hissəsinə və Çin-Afrika əməkdaşlıq proqramlarının əsas məqamına çevrilib. 2021-ci ildə Afrikanın kosmik sənayesi 19,49 milyard dollar olaraq qiymətləndirilib və yüksəlməyə meyilli idi. 2022-ci ildə 13 Afrika ölkəsi altısı Çində, biri isə ABŞ-də quraşdırılmış 48 peyki idarə edib.

2021-ci ilin martında Çin Xalq Respublikası və Rusiyanın “Roskosmos” dövlət korporasiyası BEAS-ın yaradılması sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalayıb. Ay proqramının icrası zamanı Yerin təbii peykinə “Çane-6”, “Çane-7” və “Çane-8” avtomatik stansiyaları göndəriləcək. İlk Ay missiyalarının məqsədi vacib texnologiyaların sınaqdan keçirilməsi olacaq ki, bu da uzaqdan idarə oluna bilən eksperimental tədqiqat obyektləri kompleksinin tikintisinə başlamağa imkan verəcək. İlk missiya 2026-cı ildə Aya yola düşəcək. Layihənin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir