MARAQLI

Fransada virus daşıyan ağcaqanad həyəcanı: Yollar bağlandı, sakinlərə “evdən çıxma” xəbərdarlığı edildi – FOTO

Sharing is caring!


Fransada pələng ağcaqanadları ilə bağlı həyəcan siqnalı verilib. Məlumata görə, “denge”, “çikunqunya” və “zika” viruslarını daşıya bilən bu həşəratlar xüsusən ölkə paytaxtında yayılıb.

Şəhər rəsmiləri təxminən 12 milyon insanın yaşadığı Paris bölgəsində yoluxma zəncirinin qarşısını almaq üçün Fransa tarixində ilk dəfə olaraq paytaxt küçələrinin dezinfeksiyasına başlayıblar. Paytaxtın cənubunda yollar bağlanıb. Həmçinin zərərvericilərlə mübarizə çərçivəsində ağaclara, yaşıllıqlara və ağcaqanadların çoxaldığı ərazilərə pestisidlər səpildiyi üçün sakinlərdən evdə qalmaları istənilib.

Məlumata görə, iqlim dəyişikliyi, isti havalar “Aedes albopictus” kimi də tanınan pələng ağcaqanadlarının yumurtadan çıxma müddətini qısaldıb, həmçinin qış fəsli artıq zərərvericiləri öldürəcək qədər soyuq keçmir. Buna görə də, bu həşəratlar qitədə sürətlə yayılır.

Qeyd edək ki, vətəni Cənub-Şərqi Asiya olan Asiya pələng ağcaqanadı qara rəngdə və üzəri gümüşü ağ zolaqlı olur. O, adi ev ağcaqanadından kiçikdir (2-10 mm), bu da onu daha səssiz və aqressiv edir. Bir çox digər ağcaqanad növlərindən fərqli olaraq, Asiya pələngi ağcaqanadları adətən gündüz sancır. Onların sancmaları uzunsürən qaşınma və dəri qızartısı kimi yüksək allergik reaksiyaya səbəb olur.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir