MARAQLI

Bambuklar 120 ildən bəri ilk dəfə çiçəkləyəcəklər: Bu, fəlakət deməkdir – FOTO

Sharing is caring!


Bambukun bir növü olan Henonlar 120 ildən bəri ilk dəfə kütləvi şəkildə çiçək açacaqlar. Ancaq alimlər bunun fəlakətlə nəticələnə biləcəyi barədə xəbərdarlıq ediblər.

Bitkinin gülünü 100 ildə bir dəfə görmək mümkün olduğundan, botaniklərin bambukun necə bərpa olunduğunu demək olar ki, öyrənmək şansı yoxdur. Son böyük çiçəkləmə hadisəsi 1908-ci ildə baş verib.

Artıq bir neçə ildir ki, Xirosima Universitetinin alimləri bitkini öyrənməyə və onun özünü necə bərpa etməsinin sirrini açmağa çalışıblar. Nəticələr qorxunc olub – tədqiqatçılar növbəti genişmiqyaslı çiçəkləmənin bambuk istehsalı və ətraf mühit üçün fəlakətli ola biləcəyini müəyyən ediblər.

Tədqiqatın müəllifi Toşihiro Yamadanın dediyinə görə, araşdırma zamanı bambukun cücərə biləcək canlı toxumlar vermədiyi aşkar edilib. Çiçəklənmə faktiki olaraq zoğların böyüməsinin dayanmasına səbəb olub. Üstəlik, alimlər bambukun çiçəkləndikdən üç il sonra da regenerasiya əlamətlərini müşahidə etməyiblər. Bundan başqa bitkinin qeyri-cinsi yolla çoxalması da aşkar edilməyib.

Alimlər qeyd edirlər ki, tədqiqat yerindəki bütün gövdələr ölüb.

Bambuk çiçəyi

Elm adamlarının fikrincə, növbəti böyük çiçəklənmə 2028-ci ildə baş verəcək. Bundan sonra onlar yer üzündən tamamilə yox ola bilər. Komandanın fikrincə, bitkinin bərpası çox yavaş olacaq və bir neçə il çəkə bilər.

Ehtimal olunur ki, bu dövrdə bambuk yığıla bilməz, deməli bunun iqtisadi effekti də olacaq.

Bundan əlavə, alimlər hesab edirlər ki, bambukların çiçəkləndikdən sonra kütləvi şəkildə məhv olması bitki və torpaq örtüyündə kəskin dəyişikliklərə səbəb ola bilər.

Mənbə: IFLScience

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir