MARAQLI

Puqaçovanın son görüntüsü yenidən müzakirələrə səbəb oldu – FOTO

Sharing is caring!


Rusiyalı müğənni Alla Puqaçovanın son görüntüsü pərəstişkarlarının narahatlığına səbəb olub. Kadrlar Latviyada məşhur ifaçının əri Maksim Qalkinlə birlikdə jurnalistlərə müsahibəsi zamanı çəkilib.

Proqramın formatına uyğun olaraq, çəkilişlər filtrsiz aparılıb. Fotoda müğənninin minimal makiyaj etdiyi görünür.

Puqaçovanın gözlərinin altındakı torbalar və qançırlar, həmçinin qeyri-təbii oturuşu və halsızlığı sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb və çoxsaylı müzakirəyə səbəb olub.

Xatırladaq ki, iyulun sonunda Puqaçovanın halının kəskin pisləşdiyi barədə xəbərlər yayılıb. Bildirilib ki, ifaçı halsızlıqdan yataqdan qalxa bilmir. Bu səbəbdən Puqaçovanın böyük qızı Kristina Orbakayte əri və qızı ilə Avropa tətilini yarımçıq qoyaraq Yurmalaya, anasının yanına qayıdıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir