MARAQLI

Reper “50 Cent” mikrofonla pərəstişkarının başını yardı – FOTO/VİDEO

Sharing is caring!


Məşhur reper “50 Cent”in qəzəbi başına bəla olub. Belə ki, onun əsəblə çırpdığı mikrofon konserti izləyən pərəstişkarının başını yarıb.

Hadisə Los Ancelesdə (ABŞ) “The final lap 2023” turunda yaşanıb.

Qəzaya səbəb texnikada yaranan nasazlıqlar olub. İfaçıya təqdim olunan 3-4 mikrofonun heç biri işləməyib. Sonda reper əsəblərinə hakim ola bilməyərək mikrofonu var gücü ilə izdihama atıb.

Hadisə nəticəsində amerikalı radio aparıcısı Brihana Monegeyn yaralanıb. Ancaq zərərçəkən bildirib ki, mikrofonu atmazdan əvvəl “50 Cent” ona baxıb, ona görə də o, reperin bunu qəsdən etdiyinə inanır. 

Monegeyn baş verənlərlə əlaqədar polisə şikayət edib.

Mənbə: StarNews

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir