MARAQLI

“WhatsApp” profillərində SMS çətinliyi ilə üzləşənlərə müjdə – FOTO

Sharing is caring!


“WhatsApp”da istifadəçilərin yeni mühafizəsi sistemi hazırlanıb. Belə ki, mesencerdə artıq elektron poçt ünvanı ilə autentifikasiya mümkün olacaq.

Elektron poçt “WhatsApp” hesabına daxil olmaq üçün alternativ yol kimi istifadə olunacaq. Qeyd olunur ki, ünvan kontaktlar və həmsöhbətlər üçün görünməyəcək.

Bununla belə yeni istifadəçilər mesencerdə telefon nömrəsi ilə qeydiyyatdan keçməlidirlər.

Funksiya hesablarına daxil olmaqda çətinlik çəkən və SMS vasitəsilə 6 rəqəmli kod almadığı üçün “WhatsApp”a daxil ola bilməməkdən şikayət edən istifadəçilər üçün faydalı ola bilər.

O da vurğulanır ki, bu autentifikasiya metodu könüllüdür, əvvəlki kimi SMS vasitəsilə hesaba daxil olmaq da mümkündür.

Funksiya hələ inkişaf mərhələsindədir, ancaq “beta” versiyasının bəzi istifadəçiləri üçün əlçatandır. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt təqdim ediləcəyi açıqlanmayıb.

Mənbə: WABetaInfo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir