MARAQLI

Rafet El Romandan uşaq sahibi olmamaq üçün gözlənilməz və hər kəsi şoka salan addım – FOTO

Sharing is caring!


Üç uşaq atası olan məşhur türkiyəli ifaçı Rafet El Roman gözlənilməz addımı ilə hər kəsi təəccübləndirib. Belə ki, o, bir daha övlad sahibi olmamaq üçün vazektomiya (artıq uşaq istəməyən cütlüklərdə toxum (sperm) kanallarının bağlanması) əməliyyatından keçib.

İfaçı bunu qızlarının xatirinə etdiyini deyib:

“Bunu ilk dəfə etiraf edirəm. Artıq övladım olmayacaq. Altı il bir yerdə olduğum Yeşim xanımdan oğlum Edvan dünyaya gələndə qızlarım psixoloji cəhətdən çətin bir dövr keçirdilər.

Anam mənə bu məsələdə xəbərdarlıq etdi. Biz də ailə məclisi keçirdik. Qızlarım, bacılarım və anamla danışaraq tibbi olaraq öz seçimimlə tədbir görmüşəm. Övladlarımın, ailəmin rahatlığı üçün bunu könüllü etdim”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Rafet El Romanın ilk evliliyi model və aktrisa Tuğba Altıntopla olub. Bu evlilikdən onların Su Elnur və Şevval Su adlı qızları dünyaya gəlib. Onların evliliyi 7 il çəkib – cütlük 2003-cü ildə boşanıb.

İfaçının 2010-cu ildə sevgilisi Yeşim Eryıldırımdan Edvan adında oğlu dünyaya gəlib.

“Uşaqlarımla və onların anaları ilə çox yaxşı anlaşırıq. Xırda problemlər olsa da, hamısına hörmətlə yanaşıram. Çox şanslıyam ki, övladlarım məni heç vaxt incitməyiblər. Uşaqlarım məni çox sevirlər və aramızda böyük bir sevgi bağı var. Onlar bir-birilərinə münasibətdə də belədirlər.

Övladlarımın anaları ilə həqiqətən gözəl, səmimi dostluğumuz var. Hər ikisinə minnətdaram və ömrümün sonuna qədər də belə qalacağam. Mən boşanarkən təəssüf ki, çox yanlış vəziyyətlər yaşandı və məni qınayanlar oldu. Amma baş verənlər mediada göstərildiyi kimi deyildi. Mən heç vaxt qızlarımı analarından qaçırıb, görmələrinə mane olan ata olmamışam”.

Qeyd edək ki, 55 yaşlı müğənni hazırda özündən 24 yaş kiçik Yasemin Gergeçlə eşq yaşayır.

Mənbə: Takvim

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir