MARAQLI

“Playboy”un modeli Pamela Anderson yeni fotosessiyada iştirak edib – FOTO

Sharing is caring!


“Baywatch” serialının ulduzu və “Playboy”un modeli Pamela Anderson Kanadanın moda brendi “Aritzia’s Babaton” üçün reklam kampaniyasında rol alıb.

56 yaşlı Pamela Anderson brendin payız kolleksiyasından biznes görüntülərini nümayiş etdirib. Çəkilişlər ulduzun Britaniya Kolumbiyasındakı öz evində aparılıb.

Görüntülərdə Anderson bağ alətləri ilə zərif geyimlərdə bağçılıq bacarıqlarını nümayiş etdirib.

Brendlə işindən danışan Pamela Anderson çəkilişlərdən çox həzz aldığını qeyd edib.

“İşgüzar geyimdə qazon biçmək mənim üçün kifayət qədər məntiqli idi. Çünki bağ mənim ofisimdir. Çox maraqlı oldu”, – deyə aktrisa əlavə edib.

 
Mənbə: Daily Mail

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir