MARAQLI

Afrikada “tıxac”da qalanlar 50 meymunla bəbirin davasını izlədilər – VİDEO

Sharing is caring!


Cənubi Afrikada 50 babuin meymunu və bir bəbir magistral yolu bağlayıb.

Heyvanlara görə tıxacda qalan Riki da Fonsekanın sözlərinə görə, hadisə Kruger Milli Parkının ərazisində baş verib.

Qadın izah edib ki, bəbir, çox güman, ova çıxıb, lakin meymun sürüsünün öhdəsindən gələ bilməyib. Yırtıcı öz hədəfinə çatdıqdan sonra onlarla meymunun hücumuna məruz qalıb. Heyvanlar arasında dava düz yolun kənarında baş verdiyi üçün sürücülər dayanmalı olublar.

Riki bildirib ki, heyvanlardan heç biri xəsarət almayıb. Ovsuz qalan bəbir isə qaçıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir