MARAQLI

Almaniya XİN rəhbərinin olduğu təyyarə iki dəfə qəza enişi etdi – FOTO

Sharing is caring!


Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok təyyarənin nasazlığı səbəbindən ikinci dəfə Avstraliyaya uçuşu davam etdirə bilməyib və BƏƏ-yə qayıdıb.

Bu barədə “Bild” qəzeti hava gəmisinin komandirinə istinadla xəbər verib.

“Berbok Avstraliyaya getmək əvəzinə yenidən Əbu-Dabiyə qayıdır! Avstraliya, Yeni Zelandiya və Ficidəki ev sahibləri artıq almaniyalı naziri gözləyirlər”, – deyə məqalədə bildirilir.

Məlumata görə, hökumət nümayəndələri üçün nəzərdə tutulmuş “Airbus A340-300” yerli vaxtla 00.00-da Əbu-Dabi hava limanından havaya qalxdıqdan 15 dəqiqə sonra uçuş üçün lazım olan sürəti yığa bilməməsi səbəbindən geri qayıdıb.

Qeyd edək ki, bundan əvvəl də Berbokun Sakit okean regionuna səfərinin təyyarədə texniki nasazlıqlara görə yarımçıq qaldığı xəbəri yayılmışdı. Belə ki, təyyarə Əbu-Dabidə aralıq eniş edərək yanacaq doldurduqdan sonra havaya qalxsa da, bir neçə dəqiqədən sonra gəminin heyəti texniki problemlərlə üzləşib və hava limanına geri qayıdıb. Layner komandirinin sözlərinə görə, problemlər eniş qanadları ilə bağlı olub.

O da məlum olub ki, Berbok Avstraliyaya adi reyslə uça bilərdi, lakin hökumət təyyarəsindən istifadə etməyi zəruri hesab edib.

Yeri gəlmişkən, nazirin komforta verdiyi üstünlük və xərcləri ölkəsində dəfələrlə müzakirə mövzusu olub. Bundan əvvəl, mediada Berbokun 2022-ci ildə təkcə özünün stilist xidmətlərinə təxminən 136,5 min avro (261 min manat) pul xərclədiyi xəbəri yayılmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir