MARAQLI

Balalarını xilas edən ananın fədakarlığı hər kəsi riqqətə gətirdi – VİDEO

Sharing is caring!


Yuvasına ilanın girdiyini görən ana quş balalarını xilas etmək üçün dəqiqələrlə onunla mübarizə apardı. Kadrların harada çəkildiyi bilinmir, amma görüntülər sosial şəbəkələrdə virus kimi yayılıb.

Sonda uzun səylərdən sonra quş ilanı yuvasından çıxarmağı bacarsa da, ilanla birlikdə yerə yıxılır.

Ana quşun körpələri üçün canını fəda etməsi izləyən hər kəsi riqqətə gətirib. Bir çoxları bu kadrları ana məhəbbətinin dünyanın ən güclü nəsnəsi olduğunun sübutu adlandırıb, digərləri quşa yazıqları gəldiyini, ancaq xeyir-şər mübarizəsinin dünya durduqca davam edəcəyini bildiriblər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir