MARAQLI

Goranboyda zəncirvari qəza: Sərnişinin qolu sındı – VİDEO

Sharing is caring!


Bu gün Goranboy rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Şəfibəyli-Zeyvə yolunda qeydə alınıb.

Belə ki, “Niva” markalı minik avtomobili idarəetməni itirərək, VAZ-2106 markalı avtomobilini arxadan vurub. Daha sonra isə “Nissan Tida” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı “Niva” aşıb və sərnişini xəsarət alıb. Xəstəxanaya aparılan şəxsin qolunun sındığı məlum olub.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir