MARAQLI

Kim Çen In ölkənin ilk kəşfiyyat peykini qızı ilə təftiş etdi – FOTO

Sharing is caring!


KXDR rəhbəri Kim Çen In ölkənin ilk kəşfiyyat peykinin orbitə buraxılmasına hazırlıq işlərini qızı Kim Çju E ilə birlikdə yoxlayıb.

Bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

Şimali Koreya lideri peykin buraxılmasına hazırlıq komitəsi ilə görüşüb, daha sonra cihazın özünü təftiş edib.

O, “Amerika imperialistlərinin” hücumları ilə əlaqədar hərbi peykin hazırlanmasının vacibliyini də bəyan edib və bildirib ki, peyklərin buraxılması üçün kosmik proqramın hazırlanması ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə kömək edəcək.

KXDR lideri onu da vurğulayıb ki, “xalq düşmənlərinin” intriqaları baş verərsə, ölkə öz suverenliyindən və müdafiə hüququndan istifadə edəcək.

Məlumata görə, Kim Çen In işçilərin səylərini yüksək qiymətləndirib, həmçinin peykin lazımi yoxlamalardan keçdiyini və planlaşdırıldığı kimi orbitə buraxılmağa hazır olduğunu bildirib.

Pxenyan buraxılış tarixini açıqlamayıb, lakin Kim Çen In aprel ayında peykin “təyin olunmuş tarixdə” buraxılacağını deyib.

Mənbə: Central Asia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir