MARAQLI

“Samsung” işçilərini ChatGPT-yə görə qovmaqla hədələdi

Sharing is caring!


“Samsung Electronics” işçilərinə ChatGPT kimi çat-botlardan iş cihazlarında istifadə etməyi qadağan edib.

Bu barədə xidməti məktublardan məlum olub.

Qərara səbəb bir müddət öncə şirkətin daxili mənbə kodunun sızdırılması olub.

“Yeni qaydalara əsasən, şirkətə məxsus kompüterlərdə, planşetlərdə və telefonlarda, həmçinin daxili şəbəkələrdə generativ süni intellekt sistemlərinin istifadəsi qadağan edilir”, – deyə məktubda bildirilib.

Şəxsi cihazlarda süni intellektdən istifadə edən işçilərə isə sistemlərdə şirkətlə bağlı məlumatları yerləşdirməmək istənilib.

Xatırladaq ki, bir müddət öncə ChatGPT kimi çat-botların gizli təhlükəsi açıqlanıb.

Martın sonunda sahibkar İlon Mask da daxil olmaqla, süni intellekt sahəsində mindən çox mütəxəssis neyron şəbəkəsi üzrə təlimlərin dayandırılmasına çağırıb. “Twitter”in sahibi, həmçinin ABŞ-də süni intellektə nəzarət edən agentliyin yaradılmasını təklif edib.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir