MARAQLI

475 milyon km yol gedən zond Marsın ilk xəritəsini təqdim etdi – FOTO

Sharing is caring!


Çin alimləri Marsın bütün səthinin ilk xəritəsini təqdim ediblər. Bunun üçün alimlər  “Tyanven-1” kosmik zondu tərəfindən toplanan məlumatlardan istifadə ediblər.

Fotolar Çin Milli Kosmik İdarəsi və Çin Elmlər Akademiyası tərəfindən Hefeydə keçirilən birgə mərasimdə təqdim edilib.

Qeyd edilir ki, panoramlar 2021-ci ilin noyabrından 2022-ci ilin iyuluna qədər zondun Marsda çəkdiyi 14 757 şəkildən yaradılıb. Qurğu 2021-ci ilin fevralında Marsın orbitinə çıxmazdan əvvəl təxminən 475 milyon kilometr məsafə qət edib və trayektoriya üzrə bir neçə manevr edib.

Bu, Çinin Qırmızı Planeti araşdırmaq üçün ilk proqramıdır və 2022-ci ildə başlayıb. Həmin vaxt Marsa orbit aparatı və “Çjujun” roveri ilə eniş platforması buraxılıb.

Elmi proqramın növbəti mərhələsi Marsda relyef formalarının tədqiqi olacaq.

Mənbə: China Daily

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir