MARAQLI

Vaxtilə türklərin yaşadığı Anapada antik şəhərin qalıqları tapıldı – FOTO

Sharing is caring!


Rusiyanın Anapa şəhərində “Motılyok” sanatoriyasının ərazisində arxeoloji tədqiqat aparılıb və antik Qorqippiya şəhərinin bir hissəsi aşkar edilib.

Məlumata görə, Osmanlı İmperiyası dövründə “Motılyok”un yerində kazarma olub. 1828-ci ildə şəhər rus qoşunlarına təslim olduqdan sonra bu yerdə qadın monastırı yaradılıb. 1837-ci ildə binaya dəniz xəstəxanası yerləşdirilib. Daha sonra burada ticarət evi, vətəndaş müharibəsi zamanı isə Qırmızı Ordu alayının qərargahı yerləşib. 1932-ci ildə indiki “Motılyok”un ərazisində “Krasnaya Zvezda” sanatoriyası açılıb, lakin faşistlərin şəhərin işğalı illərində bina dağıdılıb. “Motılyok”un tarixi 1965-ci ildən başlayır.

Qeyd edək ki, Anapa – müasir Krasnodar diyarında liman şəhəridir, Qara dənizin şimal-qərb sahilində yerləşir. 1475-ci ildə güclü türk hərbi qalası kimi məşhur olub. Tarixən ilk adı Buğurqala (Buğur çayı üzərində salındığına görə) olub.

Mənbə: “Anapskoye Çernomorye” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir