MARAQLI

Bethoven haqqında həqiqət DNT araşdırması ilə ortaya çıxdı – FOTO

Sharing is caring!


Alman bəstəkarı Lüdviq van Bethoven hepatit B infeksiyasına yoluxduğu üçün ölüb.

Bu barədə beynəlxalq alimlər qrupunun apardığı araşdırmadan sonra məlum olub.

Onların tədqiqatının nəticələri “Current Biology” jurnalında dərc olunub.

DNT ardıcıllığını aparmaq üçün alimlər Bethovenin qohumları və pərəstişkarlarının bəstəkarın sağlığında əldə etdikləri saç tellərini təhlil ediblər.

Müəlliflərin fikrincə, bəstəkarın 56 yaşında ölümünün səbəbi alkoqolla bağlı problemlər, həyatının son aylarında yoluxduğu hepatit B infeksiyası, həmçinin qaraciyər xəstəliyi üçün genetik risk olub.

Bununla belə alimlər alman bəstəkarının eşitmə qabiliyyətini niyə itirdiyini izah edə bilməyiblər.

Qeyd edək ki, martın 26-da Bethovenin vəfatının 196-cı ildönümü qeyd olunur. O, 1827-ci ildə 56 yaşında Vyanada vəfat edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir