MARAQLI

Yeni zelandiyalılar 56 quş növünün nəslini kəsib

Sharing is caring!

Yeni Zelandiyada insanlar yaşamağa başlayandan sonra ərazidə mövcud 171 quş növündən 56-sının nəsli kəsilib.

Bu barədə Adelaid Universitetinin avstraliyalı alimləri “New Zealand Environmental Journal”inda məqalə dərc ediblər.

Araşdırmaya görə, ölkənin əsas ərazisi ona bitişik kiçik adalarla birlikdə quş növlərinin 30,9% -ni itirib, ölkənin tərkibinə daxil olan Çatem arxipelaqı nəzərə aldıqda bu rəqəm ümumiyyətlə 32,8% -ə çatır.

Vəziyyət insan fəaliyyətinin intensivliyindən birbaşa asılı olaraq bölgələrə görə kəskin şəkildə fərqlənir. Belə ki, hazırda ştat əhalisinin əksəriyyətinin yaşadığı Şimal adası bütün quş növlərinin yarısını, insanlar tərəfindən az mənimsənilən sahil adaları isə təqribən 15%-ni itirib.

“İnsanlar tərəfindən ərazilərdə məskunlaşma başladıqdan sonra növlərin nəsli kəsilməsinin statistikası diqqəti cəlb edir və insan fəaliyyətinin son dövrlərdə biomüxtəlifliyə vurduğu zərərin miqyasını anlamağa kömək edir”, – deyə tədqiqat qrupundan bildirilib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir