MARAQLI

Rusiyada sərnişin təyyarəsində dava düşdü – VİDEO

Sharing is caring!

Rusiyanın Moskva-Abakan təyyarəsinin göyərtəsində dava düşüb. Belə ki, 27 yaşlı qadın hava gəmisinin ayaqyolunda siqaret yandırıb. Stüardessaların buna iradına isə o, nalayiq ifadələrlə cavab verib.

Münaqişənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Təyyarə eniş etdikdən sonra sərnişin polis tərəfindən saxlanılıb. Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin “Federal qanunla müəyyən edilmiş tütünçəkmə qadağasının pozulması” və “xırda xuliqanlıq” maddələri ilə inzibati protokollar tərtib edilib.

Mənbə: Moslenta

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir