Dovşanları qurtarmaq istəyən instaqram fenomeni yerli sakinlərin hücumuna məruz qalıb.
XəbərAl.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingiltərəli istaqram fenomeni Mythical Mia Kataloniya sərhəddində dovşanları qurtarmaq istəyərkən fermada məskunlaşan insanların hücumuna məruz qalıb.
Dovşan fermasında yaşayan sakinlər onu oğurluqda ittiham edərək döyüblər. Gənc qadın döyüldüyü anı telefonunun kamerası ilə çəkib.
Məlumata görə xilas edilən dovşanların çoxu yeni doğum edib. 90-dan çox ana dovşanın isə tələf olduğu bildirilir.
Yaşadığı dəhşətli anları instaqram hesabında paylaşan gənc qadın izləyicilərinə fermadan dovşanları qurtardıqdan sonra da təhlükə ilə üz-üzə qaldığını söyləyib.
Mia Kataloniya hətta, fermadan kənarlaşdıqdan 1 saat sonra 5 avtomobil tərəfindən izlənildiyini və ferma sakinlərinin önünü kəsdiyi məlumatını da izləyiciləri ilə bölüşüb.
Şəlalə Babayeva