manset Siyasət

Türkiyə vitse-prezidenti Bakıda – Foto

Sharing is caring!

Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oqtay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

XəbərAl.az  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oqtayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir