Dünya

Sindi Polluks: “Fransanın müstəmləkəçilik siyasəti gənc nəslə ziyan vurur”

Sharing is caring!


“Fransanın müstəmləkəçilik siyasəti gənc nəslə ziyan vurur”.

“Report” xəbər verir ki, bunu Fransa Qvianasının Sosial Azadlıq və Dekolonizasiya Hərəkatının Siyasi Bürosunun üzvü Sindi Polluks Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Keyfiyyətli təhsil almaq və iş tapmaq üçün gənclərimiz evlərini tərk edərək başqa şəhərlərə köçməyə məcbur olurlar. Fransanın siyasəti ondan ibarətdir ki, gənclər ölkənin kontinental hissəsinə dəvət olunur, lakin onlara lazımi yaşayış şəraiti yaradılmır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Fransa dövləti əsas diqqətini 18-25 yaş arası insanlara yönəldir:

“Parlaq gələcək vəd edilən gənclər əslində işsiz qalır və onlardan istifadə edən dövlətin asan şikarına çevrilirlər”.

S.Polluks qeyd edib ki, ölkə sakinlərinin yarıdan çoxu işsizlikdən əziyyət çəkir, nəticədə də onlar narkotik aludəçilərinə çevrilirlər. Fransız Qvianasında narkomaniyanın geniş şəkildə yayılması da bunun nəticəsidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir