MARAQLI

“Akvamen”dən qəribə aksiya: Etiraz olaraq saçını kəsdi – FOTO/VİDEO

Sharing is caring!

“Akvamen” (“Aquaman”) filmindəki rolu ilə daha çox məşhurluq qazanan Hollivud ulduzu Ceyson Momoa saçını kəsdirib. Amma bunu elə-belə yox, dünya okeanlarındakı plastik çirklənməyə diqqət çəkmək üçün aksiya kimi həyata keçirib.

O, bu barədə kadrları sosial şəbəkədə paylaşıb.

“Planetimizi və okeanlarımızı qoruyun. Həyatımızı və dənizlərimizi plastik butulkalardan, paketlərdən, qab-qacaqdan və başqa şeylərdən təmizləmək lazımdır”, – deyə o, paylaşdığı videoya şərh yazıb.

Çoxları şərhlərdə Momoanın bu təşəbbüsünü dəstəkləyib. Lakin aktyorun pərəstişkarları arasında onun yeni imicindən narazı olanlar da tapılıb.

“Lütfən, təkcə saçını yox”,  “Yox, ola bilməz!”, “Ürəyimi qırdın”, “Mənə hörüyünüzü göndərə bilərsiniz?”, “Abunədən çıxdım”, – kimi şərhlərlə pərəstişkarları aktyorun saçına necə heyifsiləndiklərini bildiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir