Maqazin

Hər kəs reytinqləri alt-üst edən bu serialdan danışır – FOTO

Sharing is caring!

Son zamanlar çox danışılan “Netflix” serialı “The Queen Gambit”in yayımlanmasından sonra şahmat taxtası satışında hədsiz artım müşahidə olunub.

XəbərAl.az türk mediasına istinadən xəbər verir ki, baxış sayısı ilə “Netflix”də birinci pilləyə yüksələn serialı izləyicilərdə şahmat həvəsi oyadıb.

Belə ki, dünyanın dörd bir yanında serialı izləyən hər kəs şahmat taxtası almaq üçün dükanlara üz tutub. Həmçinin daha bahalı şahmat setlərinə də maraq göstərənlər az deyil.

Qeyd edək ki,yayımlandığı tarixdən etibarən gündəmdən düşməyən “The Queen’s Gambit” “Netflix”in ən çox izlənən serialı olaraq tarixə keçib. Elizabet Harmon rolunu canlandıran Anya Taylor Coyun uğurlu serialı 28 gündə 62 milyon izlənilib. “Netflix”in məlumatına görə serial 92 ölkədə ilk 10-luqda, 63 ölkədə isə 1-ci yer tutub.

Hər kəs reytinqləri alt-üst edən bu serialdan danışır - FOTOHər kəs reytinqləri alt-üst edən bu serialdan danışır - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir