Maqazin

Zabit Səmədov bu gün “Kuruluş Osman”da yer alacaq – VİDEO/FOTO

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov Türkiyənin məşhur “Kuruluş Osman” serialında rol alıb.

Z.Səmədovun  verdiyi eksklüziv məlumata görə, o, Gəncə bəy rolunu canlandıracaq. Bu, müsbət obrazdır.

Zabit Səmədov bu gün efirə gedəcək 35-ci seriyada ilk dəfə görünəcək. Bununla da həmin serialda ilk dəfə bir azərbaycanlı yer alacaq.

Qeyd edək ki, baş rolda Burak Özçevitin yer aldığı “Kuruluş Osman” serialının 35-ci seriyası bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Saat 21:00-da isə ötən seriya ixtisarla təqdim olunacaq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir